Belqorod vilayətinin Koroçansk rayon rəhbərinin müavini sursat partlamasından ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
“Koroçansk rayonunda fövqəladə hadisə baş verib. Suarsatın partlaması nəticəsində rayon administrasiya rəhbərinin müavini – rayonun təhlükəsizlik şurasının katibi İqor Neçiporenko ölüb”, – Qladkov bildirib.