Belqorodda məscidi yandırmaq istəyənlər yaxalandı

Belqorodda məscidi yandırmaq istəyənlər yaxalandı

Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Belqorodda məscidi yandırmağı planlaşdıran yerli sakinlər – 1986 və 1993-cü il təvəllüdlü Rusiya vətəndaşları saxlanılıb.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunda Ukrayna xüsusi xidmət orqanlarının əməkdaşı radikalları messencer vasitəsilə əməkdaşlığa cəlb edərək Belqoroda məscidi yandırmağı tapşırıb. Lakin bu planları baş tutmayıb. Saxlanılan şəxslər bunu etiraf ediblər. Onlara qarşı cinayət işi başlanıb.

Teqlər: