Rusiyanın Belqorod vilayətində güclü partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə yerli Teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində Yesenin küçəsində evin fasadı zərər görüb.
Həmçinin operativ xidmətin əməkdaşlarının hadisə yerində olduğu qeyd edilir.
Partlayışın səbəbi açıqlanmır.