Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində gün ərzində 3 ədəd Ukrayna PUA-sını məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“İyulun 28-də Moskva vaxtı ilə saat 15:30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə aviasiya tipli PUA-dan istifadə etməklə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib”,- məlumatda deyilir.