Belqorod vilayətində dörd yaşayış məntəqəsinin sakinləri təxliyə edilir, daha bir kəndə giriş bağlanır.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
“Krasnoyaruzski rayonunun Vyazovoe kəndinə giriş bağlanıb. Bu əraziyə giriş-çıxış yalnız administrasiyanın icazəsi ilə mümkün olacaq”, – Qladkov Teleqram kanalında yazıb.
O əlavə edib ki, sərhədlə 20 kilometrlik zonada olan bütün məktəblərdə təhsil onlayn olacaq.