Belqoroda kütləvi PUA hücumu…

Belqoroda kütləvi PUA hücumu…

Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətində 4 yaşayış məntəqəsinə hücum edib.

AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.

“Belqorod vilayətinin Petrovka kəndində üç PUA özəl sektora hücum edib: iki evin dam örtüyü dağılıb, qaraj yanıb. Şetinovka kəndində iki fərdi yaşayış evi tamamilə yanıb, Tserkovda ferma dağılıb”, – məlumatda qeyd edilib.

Bundan əlavə, Novaya Tavoljanka kəndində kamikadze PUA şəxsi evin yaxınlığında partladılıb.

Teqlər: