Belqoroda hücumun arxasında ABŞ-la birgə Böyük Britaniya dayanır.
AzerTimes xəbər verir ki, bu açıqlama ilə Rusiya XİN sözçüsü Mariya Zaxarova çıxış edib.
O bildirib ki, Moskva ilə danışıqlar aparmağı qadağan edən məhz London olub. Bununla belə, Ukrayna Silahlı Qüvvələri üçün cəbhədə ağır vəziyyət olduğundan və bunu düzəltmək üçün heç bir şans olmadığından Böyük Britaniya mülki şəxslərə qarşı terror hücumları təşkil etmək taktikasına keçib.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 14 nəfər ölüb, 108 nəfər isə yaralanıb.