Rusiyanın Belqorod vilayətinə raket hücumu barədə xəbərdarlıq edilib.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib.
O, sakinləri bayıra çıxmamağa, təhlükəsiz yerlərə sığınmağa çağırıb:
“Əgər küçədəsinizsə, təcili olaraq sığınacaq və ya başqa təhlükəsiz yerə getməlisiniz”.
Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı.