Belqoroda hücum: bu obyektlərə ziyan dəydi

Belqoroda hücum: bu obyektlərə ziyan dəydi

Noyabrın 19-u axşam saatlarında Rusiyanın bir sıra regionlarında partlayış səsləri eşidilib.

AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri Alekseyevka rayonu üzərində bir neçə PUA-nı vurub. Nəticədə PUA-ların dağıntıları müəssisələrdən birinin istehsalat sahəsinə, infrastruktur obyektinə və elektrik xəttinə ziyan vurub.

Qeyd edək ki, bundan əvvəl Voronejdə PUA zərbələri nəticəsində yanğın baş verdiyi bildirilmişdi.

Teqlər: