Sankt-Peterburqdan Belqoroda gedən sərnişin qatarı raket hücumu təhlükəsi səbəbindən Belomestnoye kəndində dayanıb.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayıb.
Bildirilib ki, qatar həyəcan siqnalı verilən zaman dayanıb. Bir saatdan sonra bələdçi sərnişinlərə qatardan çıxmağa icazə verib. Onlardan bəziləri qatarı gözləmədən özləri Belqoroda digər nəqliyyat vasitələri ilə yola düşüblər.
Qeyd edək ki, bundan öncə Belqorodda raket hücumu təhlükəsi ilə bağlı həyəcan siqnalı verilmişdi.