Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində 11, Kursk vilayəti üzərində isə 3 PUA məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hücum martın 14-nə keçən gecə həyata keçirilib:
“Hücumda təyyarə tipli PUA-lardan istifadə edilib”.
Qeyd edək ki, tələfat və dağıntılar barədə məlumat verilmir.