Rusiya havadan müdafiə sistemləri Ukrayna ordusunun pilotsuz uçuş aparatı ilə (PUA) Belqorod üzərində yerli vaxtla saat 17:00 (Bakı vaxtı ilə 18:00) radələrində terror aktı törətmək cəhdinin qarşısını alıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, dron müəyyən olunaraq məhv edilib. Dağıntı və tələfat yoxdur.