Rusiyanın Belqorod vilayəti raket atəşinə tutulur.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, hazırda Belqorod şəhərində həyəcan siqnalları işə düşüb.
Raket atəşi nəticəsində bir maşının yandığı bildirilir. Yerli hakimiyyət orqanları əhalini sığınacaqlara girməyə çağırıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Ukrayna ordusunun RM-70 “Vampir” reaktiv yaylım atəş sistemlərinin 7 raketi zərərsizləşdirilib.