Belqorod hava limanına PUA hücumu edilib.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, PUA Belqoroddakı Şuxov beynəlxalq hava limanı ərazisinə düşərək partlayıb.
Məlumata görə, xəsarət alan olmasa da, partlayış nəticəsində hava limanının hasarı və siqnalizasiya kabeli zədələnib.
Hazırda hava limanının fəaliyyəti dayandırılıb.