Belousov Ostinə niyə təcili zəng etmişdi? – Detallar

Belousov Ostinə niyə təcili zəng etmişdi? – Detallar

Prezident Putin və müdafiə naziri Belousov Hərbi Dəniz Qüvvələri Günündə Sankt-Peterburqda çıxış edərkən Ukrayna xüsusi xidmət orqanları Rusiyada hücum planlaşdırıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Sergey Ryabkov “Rossiya-1” telekanalının efirində deyib.

Ryabkovun sözlərinə görə, məhz o zaman Belousov ilk dəfə amerikalı həmkarı Lloyd Ostinə zəng vuraraq onu xəbərdar edib:

“Hücum Rusiya ilə ABŞ arasında idarəolunmaz münaqişəyə səbəb ola bilərdi”.

Qeyd edək ki, “Nyu York Tayms” üç mənbəyə istinadən bildirmişdi ki, Belousov Ostinə zəng edərək, Ukraynanın Rusiyaya qarşı hazırladığı məxfi əməliyyat barədə xəbərdarlıq edib. Ostin bu xəbərdən təəccüblənib, lakin Kiyevi sözügedən plandan daşındırıb.

Belousovla Ostin arasında telefon danışığı 12 iyulda baş tutub.

Teqlər: