Belousov: Bakıya həyasızcasına təklif edirlər ki…

Belousov: Bakıya həyasızcasına təklif edirlər ki…

NATO və AB-nin Rusiya ilə qarşıdurma kursu KTMT-nin bir sıra kollektiv təhlükəsizlik regionlarında gərginliyin artmasına səbəb olur.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov deyib.

“NATO-nun ayrı-ayrı ölkələri Qafqazda öz mövqelərini möhkəmləndirməyə, bununla da Xəzər dənizinin resurslarına və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməyə çalışır. Gürcüstanda vəziyyət destabiləşdirilir və fəal şəkildə antirusiya addımlarına nail olmaq məqsədi daşıyan aksiyalar maliyyələşdirilir. Ziddiyyətləri həll etmək üçün Ermənistan və Azərbaycana həyasızcasına vasitəçilik xidmətləri təklif olunur. Sülh müqaviləsinin yalnız Qərb platformalarında və diktə əsasında imzalanması təklif edilir. Vaşinqton və Brüsselin təhlükəsizliyin, eləcə də müdafiənin gücləndirilməsi bəhanəsi ilə erməni tərəfdaşlarımızı öz maraqları dairəsinə cəlb etmək planları xüsusi narahatlıq doğurur”, – o bildirib.

Teqlər: