Bellen Kiyevdə: Zelenski ilə nələr müzakirə olundu?

Bellen Kiyevdə: Zelenski ilə nələr müzakirə olundu?

14:47

Ukrayna Prezidenti Vladimir Zelenski avstriyalı həmkarı Aleksandr Van der Bellen ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında humanitar əməkdaşlıq olub.

AzerTimes xəbər verir ki, bu barədə Zelenskinin Teleqram hesabında məlumat verilib.

“Bu gün biz enerji, iqtisadiyyat, humanitar əməkdaşlığımız, Ukrayna icmalarının inkişafı məsələlərini – müharibə zamanı normal həyatı qoruyub saxlamağa və bərpa etməyə kömək edən bütün məsələləri ətraflı müzakirə etdik”, – Zelenski vurğulayıb.

Qeyd edək ki, ikinci müddətə Avstriyanın Federal Prezidenti seçilmiş Aleksandr Van der Bellen andiçmə mərasimindən sonra ilk səfərini Kiyevə edib. Onu bu səfərdə iqtisadiyyat naziri Martin Koxer və ekologiya naziri Leonore Qevessler müşayiət edirlər.

Teqlər: