Bələdiyyələrin 9 min hektardan artıq torpaq sahəsini qanunsuz ayırdığı müəyyənləşib

Xəbər - Elçin Mehdiyev – Trend:

Bələdiyyələrin fəaliyyəti ilə bağlı inzibati tədbirlər
nəticəsində ümumilikdə 9.323 hektar (ha) torpaq sahəsinin qanunsuz
ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə
iddialar verilib.

AzerTimes-ın
məlumatına görə, bu barədə məlumat “Bələdiyyələrin fəaliyyətinə
inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında”
sənəddə əksini tapıb.


Sənəddə qeyd edilib ki, nəticədə 290 hektar torpaq sahəsinin
mülkiyyətə və 8.806 hektar torpaq sahəsinin icarəyə verilməsi
haqqında qanunsuz qərarlar ləğv edilib. Bütövlükdə isə 9.096 hektar
torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə
qaytarılması təmin edilib. 227 hektar torpaq sahəsi ilə bağlı
mübahisələr isə məhkəmələrin icraatındadır.

Teqlər: