Bələdiyyə sədri 3000 manat cərimə olunub

Əraziyə cavabdeh şəxs cəzalandırılıb.

Beyləqan rayonu, Birinci Şahsevən kəndi yaxınlığında
tullantıların qalaqlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik
Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini
tapıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov AzerTimes-a bildirib ki, faktla
bağlı Birinci Şahsevən bələdiyyəsinin sədri Azad Məmmədov barəsində
protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3000 manat
məbləğində cərimə olunub.

“Ərazinin tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara
yol verilməməsi məqsədilə bələdiyyə sədrinə məcburi göstəriş
verilib”,-B. Məhəmmədov bildirib.

Teqlər: