Belə davam etsə, Əliyev İrəvanda çay içəcək.
AzerTimes Publika.az-a istinadən xəbər verir ki, bu barədə 44 günlük müharibədə ölən erməni əsgərin anası, “Ana Ermənistan” hərəkatının üzvü Naira Melikyan deyib.
O bildirib ki, müharibə bitsə də, erməni əsgərlər qırılmağa davam edir.
“Əgər ordu komandanı Paşinyan olacaqsa, biz əbədi məhv olmağa məhkumuq və bir gün Əliyev çayını İrəvanda içəcək”, – o deyib.
Qeyd edək ki, Ermənistanın təxribatından sonra sərhəddə eskalasiya başlayıb. Rəsmi məlumatlara görə, Ermənistanın indiyə qədər 4 itkisi var, lakin real itkilərin daha çox olduğu bildirilir.