Belçikadan olan qarışıq cütlük Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

Bakıda keçirilən akrobatika gimnastikası üzrə 28-ci dünya
çempionatında qarışıq cütlükdə çıxış edən Belçikanı təmsil edən
gimnastlar Bram Roettger və Helena Heyens birgə hərəkət proqramında
qızıl medal qazanıblar.

AzerTimes xəbər verir ki,
idmançıların nəticəsi 29,110 xal olub.

“Gümüş”ü Böyük Britaniyadan olan Nataşa Hatçinson və Dilan
Hauells (29,030 xal), bürünc medalı isə Almaniyanı təmsil edən
Daniel Blintsov və Pia Şutze (28,890 xal) qazanıb.

Azərbaycan gimnastları Ağasif Rəhimov və Raziyə Seyidli 28,670
xal toplayaraq finalda beşinci yeri tutublar.

Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında
akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya
çempionatı keçiriləcək. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak
edəcək.

4 gün davam edəcək yarışlarda idmançılar qadın, kişi və qarışıq
cütlükləri, eləcə də qadın və kişi qrupları proqramlarında balans,
temp və qarışıq hərəkətlər üzrə çıxış edəcəklər.

Yarışda ölkəmizi gənclər arasında Avropa çempionları Daniel
Abbasov və Murad Rəfiyev kişi cütlüyü tərkibində təmsil edir.
Qarışıq cütlüklər tərkibində isə beynəlxalq turnirlərin qalibləri
Sabir Ağayev və Mehriban Salamova, Avropa çempionatının gümüş və
bürünc mükafatçıları Ağasif Rəhimov və Raziyə Seyidli mübarizə
aparacaqlar.

Xatırladaq ki, 2018-ci ildə ölkəmiz ilk dəfə akrobatika
gimnastikası üzrə Dünya kubokuna, bu il martın 3-dən 6-dək isə bu
növ üzrə 12-ci Dünya Yaş Qrupları Yarışlarına ev sahibliyi
edib.

Teqlər: