Belçikada yerli aviaşirkətin əməkdaşları tətil keçirir

Xəbər - Orxan Nəbiyev – Trend:

Belçikanın “Brussels Airlines” milli aviaşirkətinin əməkdaşları tətil keçirir.

Trend-in məlumatına görə, tətil gün ərzində sərnişinlərin 25 faizinə təsir edəcək.

Qeyd olunur ki, 116 planlaşdırılan reysdən təxminən yarısı təxirə salınıb.


Aviaşirkətin əməkdaşları iş şəraitinin yaxşılaşdırılmasını tələb edir. Bir sıra əməkdaşların sözlərinə görə, şirkət rəhbərliyi tərəfindən şəxsi heyətin uçuşları arasında istirahət müddəti azaldılıb və mükafat ödənişlərinin ləğv olunması ilə əlaqədar əmək haqları ixtisar olunub.