Belçikada rəqəmsal COVID sertifikatları sınaq rejimində işə salınıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Belçika Avropa İttifaqında tətbiq olunacaq rəqəmsal COVID sertifikatını sınaq rejimində işə salıb.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

Onun sözlərinə görə, Aİ vətəndaşlarının ölkələr arasında sərbəst hərəkətini təmin edən sənəd iyulun 1-dən ittifaqın 27 ölkəsində qüvvəyə minəcək.

Həmin tarixədək isə sertifikat 15 ölkədə sınaq rejimində işə salınacaq.