Belçikanın Qərbi Flandriya əyalətinin Meulebeke şəhərindəki
quşçuluq fermasında quş qripi kimi tanınan yüksək patogenli H5N1
virusunun yayılma halı qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə məlumat yerli Qida
Təhlükəsizliyi üzrə Federal Agentliyi çərşənbə günü dərc etdiyi
rəsmi hesabatda əks olunub.
Bildirilir ki, preventiv təhlükəsizlik tədbirləri çərçivəsində
fermada yetişdirilən toyuqlar məhv edilib.
Avropa və Belçika qanunvericiliyinə uyğun olaraq virusun
yayılmasının qarşısını almaq üçün üç kilometr radiusda mühafizə
zonası və 10 kilometr radiusda müşahidə zonasının yaradılması təmin
edilib.