Belçikada dekabrın 26-dan “omikron” ştammının yayılması təhlükəsi səbəbindən koronavirus pandemiyası ilə mübarizə üçün daha sərt tədbirlər tətbiq edilməyəmə başlayıb.
AzerTimes-ın məlumatıa görə, bu barədə “Kommersant” qəzeti xəbər verib.
Ölkədə kinoteatrlar, teatrlar, konsert zalları və digər əyləncə təşkilatları bağlanıb. İdman tədbirlərinə tamaşaçıların buraxılması da qadağandır.
Məktəblərdə 6 yaşından yuxarı şagirdlər qoruyucu maskalar taxmağa məcburdurlar. Həmçinin, yanvarın 10-dək təhsil müəssisələrinin tətil üçün vaxtından əvvəl bağlanması qərara alınıb.
Şirkət rəhbərlərinə mümkün olduqda əməkdaşları məsafədən iş rejiminə köçürmələri tövsiyə edilib. Onlar həftədə ən azı dörd gün evdən işləməlidirlər.