Belçikada antiterror əməliyyatı zamanı 13 nəfər saxlanılıb

Belçika polisi Antverpen və ətrafında antiterror əməliyyatı çərçivəsində reydlər zamanı 13 nəfəri həbs edib.

Trend xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.

Federal prokurorluq bildirib ki, şübhəlilərin hamısı radikal islamçı qruplaşmanın üzvləridir. Prokurorluq terrorçuların hansı əməliyyatları planlaşdırdıqları ilə bağlı təfərrüatları açıqlamayıb.


İstintaqın məlumatına görə, onlar yaxın vaxtlarda terror aktları planlaşdırmayıblar.

Xüsusi əməliyyatda 100-ə yaxın polis iştirak edib.