Belçika müstəqil dövlət kimi böyük ölçüdə Rusiyanın sayəsində yaranıb.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalında çıxışı zamanı deyib.
“Belçika böyük ölçüdə Rusiyanın mövqeyi sayəsində dünya xəritəsində müstəqil dövlət kimi peyda olub. Amma bu, artıq bu gün əhəmiyyət kəsb etmir”, – deyə Putin bildirib.
Putin əlavə edib ki, Rusiyanın dünyanın bir çox ölkələri ilə öz münasibətlərinin tarixi olması və bir qayda olaraq müsbət olması vacibdir.