Belçika koronavirus pandemiyası ilə əlaqədar ölkəyə giriş-çıxış məhdudiyyətini aprelin 18-dək uzadıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin baş naziri Aleksander De Kroo bildirib.
“Epidemioloji vəziyyət qeyri-sabit olaraq qalır. Bu səbəbdən vacib olmayan səyahətlər aprelin 18-dək qadağandır. Vəziyyətin yenidən qiymətləndirilməsi martın 26-na planlaşdırılır. Bu tədbiri virusun yayılmasını ləngitmək üçün lazımlı hesab edirik”, – baş nazir deyib.
Belçikada səyahət qadağası yanvar ayının sonundan etibarən qüvvədədir. Qaydalara görə, fövqəladə vəziyyətdə olan Şengen razılaşmasının bir ölkəsi sərhədlərini iki aydan çox olmayan müddətə birtərəfli şəkildə bağlaya bilər.