Belçika meymun çiçəyi xəstələri üçün 21 günlük karantin tətbiq edəcək

Belçika hökuməti meymun çiçəyi xəstəliyinə yoluxanlar üçün 21
günlük karantin tətbiq etmək qərarına gəlib.

AzerTimes-ın
məlumatına görə, bu barədə yerli “La Libre Belgique” qəzeti xəbər
verib.

Məlumata əsasən, bu qərar ölkədə meymun çiçəyinə 3 yoluxma
hadisəsinin aşkarlanmasından sonra Belçika risk qiymətləndirilməsi
qrupunun iclasından sonra qəbul edilib.