Belçika koronavirus məhdudiyyətlərini yumşaldır

Gələn həftədən Belçika hakimiyyəti COVID-19 ilə mübarizə
tədbirlərini yumşaldacaq və xüsusən də restoran və barların vaxt
məhdudiyyəti olmadan işləməsinə icazə verəcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, baş nazir
Aleksandr de Kronun sözlərinə görə, bir masada otura biləcək
insanların sayında da məhdudiyyət qoyulmayacaq

Fevralın 19-dan etibarən epidemioloji təhlükənin rəng səviyyəsi
ən yüksək qırmızıdan narıncıya endiriləcək. Həmçinin bar və
restoranlarda maska ​​taxma tələbi ləğv olunacaq. Açıq havada
keçirilən tədbirlər, o cümlədən konsertlər daha yumşaq şəraitdə baş
tutacaq.


Bundan əvvəl bir sıra Avropa ölkələrində, o cümlədən Böyük
Britaniya, Fransa və İspaniyada virusa qarşı məhdudiyyətlərin ləğv
edildiyini və ya qismən ləğv edildiyi bildirilmişdi.