Belçika Baş naziri Aleksandr de Kru ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə baş nazirin Tvitter səhifəsində məlumat yerləşdirilib.
Telefon danışığı zamanı baş nazir İranda həbsdə saxlanılan Belçika vətəndaşı Olivye Van Kasteli azad etməyə çağırıb.
Qeyd edək ki, belçikalı Olivye Van Kastel 24 fevral 2022-ci ildə Tehrana turist səfəri zamanı həbs edilib və ona qarşı dörd ağır ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə Kastel 12 il müddətinə azadlıqdan məhrum edilib.