

Belarusun Litva ilə sərhədi yaxınlığında səngərlər qazılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun Belarus xidməti məlumat yayıb.
Belə ki, Belarusun Qrodno vilayətində Qojski hərbi poliqonunun kənarında piyada və texnika üçün səngərlər peyda olub. Oradan Belarus-Litva sərhədinə qədər cəmi 6 kilometrdir.
Qeyd edilir ki, bu “müqavimət düyünü”nün bir hissəsi ola bilər.