Belarusun 13 minə qədər xüsusi təyinatlı qüvvələri və OMON-un keçmiş hərbçiləri Ukraynaya qarşı müharibədə iştirak etmək üçün saziş imzalayıb.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov deyib.
O bildirib ki, Rusiya Belarusu hələ də müharibəyə cəlb etməyə davam edir:
“Belarus Silahlı Qüvvələrinin artıq 6 batalyonu Ukraynanın dövlət sərhədi boyunca yerləşdirilib”.
Qromovun sözlərinə görə, müharibədə iştirak edən belaruslar üçün əsas motivasiya maddi mükafatdır. Çünki rusların hərəkətlərində heç bir ideoloji əsas yoxdur.