Belarusun öz sərhədini qorumaq üçün kifayət qədər qüvvəsi var.
AzerTimes xəbər verir ki, bunu Belarus Dövlət Sərhəd Komitəsinin rəsmi nümayəndəsi Anton Bıçkovski deyib.
“Sərhəddə vəziyyət ciddi nəzarət altındadır. Təhlükəsizliyi təmin etmək üçün kifayət qədər qüvvə və vasitə var. Dövlət sərhədinin bütün bölmələrində sərhəd mühafizəsi gücləndirilmiş iş rejimində həyata keçirilir”, – o bildirib.