Belaruslu müxalifət lideri Ukraynada yaralandı

Belaruslu müxalifət lideri Ukraynada yaralandı

Belaruslu könüllü, müxalif “Gənc Cəbhə” təşkilatının lideri Denis Urbanoviç Ukraynada hərbi əməliyyatlar zamanı yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə “Belsat” məlumat yayıb.

“Urbanoviç qəlpə yarası alıb, indi o, xəstəxanaya aparılır.

Qəlpə onun qolun əzələsinə dəyib. İndi o, əməliyyat olunacaq və qəlpə çıxarılacaq. Hazırda Denis özünü yaxşı hiss edir”,- məlumatda deyilir.

Qeyd olunur ki, bu, onun ikinci zədəsidir, sentyabrda döyüş zamanı o, beyin silkələnməsi yaşayıb və eşitməsi zəifləyib.

Teqlər: