Hazırda Ukrayna-Belarus sərhədində vəziyyət nəzarət altındadır.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.
“Bu məsələ prezidentin həftədə azı iki dəfə keçirdiyi Ali Baş Komandanın Qərargahındakı iclasda demək olar gündəmdə olur. Bununla bağlı sərhədə birbaşa cavabdeh general Deynekonun da hesabatları var. Vəziyyət nəzarət altındadır”, – Danilov bildirib.