Biz Belarusla sərhəddə xüsusi zona ilə bağlı qərarı təsdiqləmişik.
AzerTimes xəbər verir ki, bunu Polşa Baş naziri Donald Tusk deyib.
O vurğulayıb ki, xüsusi zonanın uzunluğu onlarla kilometr, dərinliyi isə bəzi ərazilərdə 200 metrdən 2 kilometrə qədər təşkil edəcək.
Qeyd edək ki, Belarus-Polşa sərhədinə miqrant axını ilə bağlı vəziyyət gərginləşib.