Belarusla Azərbaycan cinayətlərin araşdırılması təcrübələrini bölüşmək barədə razılığa gəliblər.
AzerTimes-ın məlumatına görə, razılaşma Belarus İstintaq Komitəsinin sədri Dmitri Qorla Azərbaycan Baş Prokurorunun birinci müavini Elçin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı əldə edilib.
Görüş zamanı tərəflər qarşılıqlı fəaliyyətin vəziyyəti və perspektivlərini müzakirə ediblər
Tərəflər iqtisadiyyat, yüksək texnologiyalar və qanunsuz narkotik ticarəti sahələrində müxtəlif növ cinayətlərin araşdırılması təcrübələrini bölüşmək barədə razılığa gəliblər.