Belarusiyanın yeni Baş naziri təyin olundu

Belarusiyanın yeni Baş naziri təyin olundu

Belarusiya Prezidenti Aleksandr Lukaşenko keçən həftə hökumətdə kadr dəyişikliyini elan etdikdən sonra dünən S. Rumasın başçılıq etdiyi hazırkı hökuməti istefaya göndərib.

Yeni Baş Nazir vəzifəsinə isə bu günə qədər Dövlət Hərbi Sənaye Komitəsinin rəhbəri vəzifəsində çalışmış Roman Qolovçenko təyin olunub.

Qeyd edək ki, Qolovçenko əvvəlki illər ərzində Təhlükəsizlik Şurasının katibliyində, Baş Prokurorluqda və Prezident Administrasiyasında fəaliyyət göstərib. 2013-2018-ci illərdə isə Belarusun Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Səudiyyə Ərəbistanında səfir vəzifəsində çalışıb.