Belarusiyada prezidentliyə namizəd və oğlu yoxa çıxıb

Belarusiyada prezidentliyə namizəd və oğlu yoxa çıxıb

Belarusda Prezidentliyə namizəd Viktor Babariko oğlu Eduardla birlikdə itkin düşüb.

Bu barədə siyasətçinin seçki qərargahından açıqlama verilib. 18 iyun günü səhər Babariko və oğlu imzaları təhvil verməyə getdikdən sonra onlarla əlaqə itib. Bəzi iddialara görə, siyasətçi Maliyyə Təhqiqatları İdarəsinə aparılıb.

“Maliyyə Təhqiqatları Departamenti qapıları açmır, hadisə ilə bağlı heç bir şərh vermir”, -deyə qərargahdan bildirilib.

Qeyd edək ki, Belarusun hazırkı lideri Aleksandr Lukaşenkonun prezident seçkilərində rəqibi Viktor Babariko əvvəllər “Belgazprombank”a rəhbərlik edib. Bir neçə gün əvvəl isə şirkətin ofisində vergidən yayınma və cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması iddiaları ilə axtarış əməliyyatı aparılıb.