Belarusiyada nələr baş verir ?

Belarusiyada nələr baş verir ?

Belarusiyada baş verən siyasi və iqtisadi iğtişaşları nəzərə alaraq, bu barədə məlumat almaq istədik. Ölkədə nə baş verdiyini Belarusiyada 2015-ci il Prezident seçkilərində namizəd olan, “Həqiqəti de” hərəkatının lideri Tatyana Korotkeviç’dən soruşduq.

Müsahibəni sizlərə təqdim edirik:

Salamlayırıq sizi Tatyana xanım.
Sizə ilk sualımız budur: “Belarusiyada nə baş verir ?

– Salam. Belarusiyada nə baş verir ? (Gülür) Yaxşı sualdı, bu suala fərqli yönlərdən cavab vermək olar. Amma əsas məsələ hökümətlə – çoxdan vəd verilən dəyişikləri gözləyən, bezən və səsləri eşidilməməklə yaşayan insanlar arasındadır.
Bundan əlavə ölkə iqtisadiyyatı çox pisləşib və əlbət ki, ailələrin yaşayış güzaranı.. Bunununla da camaatı qıcıqlandırırlar, əsasən də işsizlərə tətbiq olunan “işsizlik vergisi” məsələsi..

İkici sualımız bununla əlaqədərdir zatən: “Niyə Belarusiyada işsizlərə qarşı işsizlik vergisi qanunu çıxarıldı ?
Bu necə qanundu ? Belə bir qanun ola bilər mi ?

Bu qeyri-peşəkarlığın parlaq nümunəsidir. Belarus camaatı ona görə də küçələrə tökülüşüb dövlətə bu sualları verirlər. Belaruslar çoxdan səbr edir. Qanun 2015-ci ildə qəbul edilib, amma 2016-cı ilin axırlarında icraata verildi. Millət səbr etdi, fikirləşdi ki, bəlkə bu qanun ləğv ediləcək amma.. heç bir irəliləyiş yoxdur.
Onu da qeyd edim ki, bu qanunun ləğv edilməsi mənim prezident seçkilərində proqramımdada var idi. Bu qanuna görə imzalar toplayırdıq, çıxışlar edirik amma hökümət bizi eşitmirdi.

Və öncəki suala uyğun daha bir sual: “Belarusiya niyə kasıbdı ? Baxmayaraq ki, bu qədər kənd təsərüffatı məhsulları var.

(Gülür).. Çünki, böyük məmur ordusunu doyuzdurmaq lazımdı. Effektiv idarəetməsi olmayan səriştəsiz məmurlar iqtisadiyyatı bərbad vəziyyətə salıb. Biz kapitalizmdə yaşarıq amma ölkə daxilində sosialist-kommunist formalaşma hələ də aktualdı. Və bununla mümkün deyil, biznes yerlərində oturmaq, məsələn, hökümət gördü biznes sahəsində irəliləyiş var – dərhal zəbt edir, çökür həmin yerə və sıxışdırıb biznesmeni kənarlaşdırır.

Məsələyə yaxın daha bir sual: “Vladimir Neklyayev kimdir və O, niyə 2015-ci ildə Prezidentliyə namizədliyini irəli sürməkdən imtina etdi ? Siz onun müttəfiqi idiniz, doğrudurmu ?

Vladimir Neklyayev – 2010-cu ildə prezidentliyə namizədliyini irəli sürən şəxsdi, Belarus şairidir. Bəli, mən onun qərargahında etibarlı müttəfiqi idim. Əvvəl O, namizədliyi irəli sürəcəyini dedi amma daha sonra fikrindən yayındı. Bunu nəyə görə etdiyi deyə bilmərəm, amma əvvəllər 2013-2014-cü ilədək biz partizan siyasəti yürüdürdük, daha sonra isə açıq siyasətlə məşğul olmağa başladıq. Açıq siyasət odur ki, biz həm hökümətdəkilərlə tərəfdarlarımızı axtarırdıq, onlarla danışıqlar aparırdıq, işləyirdik, çalışırdıq ki, cəmiyyətlə onlar arasında bir körpü yaradaq. Hansı ki, hökümət məhəl qoymurdu. Ona isə bu pozisiya qane etmirdi. 2010-cu ilədək inqilab kimi fikirlər siyasətçiləri düşündürürdü. 2010-ci il isə bizə daha humanitar olmağı öyrətdi və daha həlim strateqiyalarla işləməyə məcbur etdi. Çünki 2010-cu ildən siyasətçilərə cəmiyyətdə qorxu mənbəyi kimi baxırlar.

Siyasətçilər haqqında bir sual vermək istərdik: “Necə fikirləşirsiz, Viktor Qonçar (Millət vəkili), Anatoliy Krasovskiy (İş adamı), Yuriy Zaxarenko (Daxili işlər Naziri) – bu şəxslərlə nə baş verdi ? Onlar öldürüldü, yoxsa qaçıb ölkəni tərk etdilər ? Hər kəs bildi ki, onlar oğurlanıblar.

Bu şəxslər siyasət qurbanlarıdır. Onların başına nə gəlməsini təbii ki, bilmək çox istərdik. Ancaq hələ də onlardan bir xəbər yoxdur. Mən hətta 90-cı illərdə Parlamentin sədr müavini olan Viktor Qonçarın anasıyla da görüşmüşəm. Təsəvvür edin 90 yaşlarında olan Ana hələ də öz övladının yolunu gözləyir. Və hələ də heç kim bilmir o şəxslərlə nə baş verdi 90-cı illərdə.. Onlar rejimin qurbanı oldular və indi də onların yaxınları bundan əziyyət çəkir. Bu çox ağır bir vəziyyətdi. Biz çox istəyirik ki, bu proseslər qurbansız olsun.

Və nəhayət sonuncu sual: “Belarusiyada hələ də insanlar (sol siyasətçilər) yoxa çıxırlar ?

Bu hadisə 90-cı illərin sonu 2000-ci illərin əvvəli baş verib. Hələ də siyasi məhbuslar var və dustaqxanalarda otururlar. Biz polis ölkəsində yaşayırıq. Hökmlər yuxarıdan əmrlə verilir. Bunu bilirik, ancaq hal-hazırda yoxa çıxan insanlar haqqında bir hadisə yoxdu. Lakin dövlətin cəmiyyətə qarşı aqressiv hərəkətləri davam edir. Məsələn dünənlərdə mitinqlər gedirdi, yolda qoca anasıyla yol gedən oğlanı polislər döydü, polis şöbəsinə aparıldı, sonra məhkəməyə gətirəndə şahidlər onun yıxılıb başını divara dəyib əzildiyini dedilər. Qaldı ki, yoxa çıxma məsələsinə yenə deyim ki, məhz siyasi və ictimai xadimlərin yox olmaları hələki rast gəlinmir.

Vaxtınızı bizə ayırdığınız üçün sizə minnətdarlığımızı bildirik. Sizə fəaliyyətinizə uğurlar arzu edirik. Sağ olun.

Mən də sizə fəaliyyətinizdə uğurlar arzu edirəm. Salamat qalın.

bel-tatiana