Qərbin mümkün provokasiyasında Belarus qüvvələri Polşa infrastrukturuna zərbə endirəcək.
AzerTimes xəbər verir ki, bu sözləri Belarus Baş Qərargah rəisinin müavini Ruslan Kosıgin deyib.
O bildirib ki, Baltik ölkələri kimi, Polşa da ABŞ-ın Rusiya və müttəfiqlərinə qarşı qanlı müharibə başlatması üçün poliqona çevrilir:
“Bunu ilk növbədə Polşa rəhbərliyi başa düşməlidir. Münaqişə baş verəcəyi təqdirdə Polşa ərazisi hərbi infrastrukturu ilə birlikdə zərbənin əsas hədəfinə çevriləcək”.