Qarabağda silahlı qarşıdurmanın növbəti dəfə kəskinləşməsindən dolayı narahatıq.
AzerTimes xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Minsk Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindəki müsbət irəliləyişləri diqqətlə izləyir və Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin əldə olunmasında, nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”, – Belarus XİN-in bəyanatında deyilir.
“Bu baxımdan biz Qarabağda silahlı qarşıdurmanın növbəti kəskinləşməsi ilə bağlı dərin narahatlığımızı bildiririk. Azərbaycan və erməni xalqlarını təmkinli olmağa çağırırıq. Güman edirik ki, Bakı və İrəvan müdriklik və tədbirlilik nümayiş etdirəcəklər. Biz Rusiyanın vasitəçiliyi ilə tərəflərin bağladıqları sazişlərə tam və qeyd-şərtsiz əməl ediləcəyinə ümid edirik.
Biz əminik ki, mövcud danışıqlar formatları çərçivəsində siyasi və diplomatik vasitələrlə kompromislərə nail olmaq mümkündür”.