Belarusdan Polşanın sərhədə qoşun yığmasına reaksiya

Belarusdan Polşanın sərhədə qoşun yığmasına reaksiya

Polşa Belarus helikopterlərinin Beloveji yaxınlığında sərhədi keçməsi ilə bağlı uydurma bəyanat verir.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi bəyanat yayıb.

Bildirilir ki, bu üsulla Varşava hərbi qüvvələrini Belarus sərhədinə çəkməsinə haqq qazandırmaq istəyir.

Qeyd edək ki, ötən gün Polşa Xarici İşlər Nazirliyi iki Belarus helikopterinin ölkənin hava məkanını pozduğu haqda məlumat yayıb.

Teqlər: