Belarusdan Polşa ilə bağlı gözlənilməz addım

Belarusdan Polşa ilə bağlı gözlənilməz addım

Belarus iyulun 1-dən Polşa vətəndaşları üçün vizasız rejim tətbiq edir.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinə məlumat yayıb.

“Dövlət başçısı mehriban qonşuluq münasibətlərinin qorunması məqsədilə Polşa vətəndaşları üçün müvəqqəti vizasız ölkəyə giriş prosedurunun tətbiqi barədə qərar qəbul edib. Yenilik iyulun 1-i saat 00:00-dan dekabrın 31-i daxil olmaqla, qüvvədə olacaq”, – məlumatda deyilir.

Polyaklar Belarus-Polşa bölməsindəki keçid məntəqələrində sərhədi vizasız keçə biləcəklər. Həmçinin Polşa vətəndaşları sərhəd zonasına keçidsiz gedə biləcəklər. Belarusa daxil olarkən sərhədçiyə yaşayış məntəqələrini və səfərlərinin məqsədini göstərməklə sərhəd zonasına getmək niyyəti barədə şifahi məlumat vermək kifayətdir.

Qeyd olunur ki, Belarusa vizasız giriş zamanı xaricə səyahət üçün etibarlı sənəd, yaşıl kart (avtomobillə səyahət edərkən) təqdim etməli və tibbi sığortaya sahib olmalısınız.

Xatırladaq ki, Polşa Belarusla sərhəddə divarın tikintisini başa çatdırıb . Bu, miqrantların ölkəyə qanunsuz daxil olmasının qarşısını almaq üçün nəzərdə tutulmuşdu.

Polşa prezidenti Andjey Duda hesab edir ki, Belarusiya çətin ki, rəsmi olaraq Ukraynaya qarşı müharibəyə girsin.

Teqlər: