Belarusdan gözlənilməz NATO açıqlaması

Belarusdan gözlənilməz NATO açıqlaması

NATO Belarusla əməkdaşlığı birtərəfli qaydada dayandırsa da, biz alyansla dialoqa açığıq.

AzerTimes xəbər verir ki, bunu Belarus Müdafiə Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəis müavini Dmitri Ryabixin bildirib.

“Mən quru rəqəmlərlə danışmaq istərdim. Cari ilin “24 fevralına qədər” və “sonra”sında beynəlxalq hərbi əməkdaşlıq kəmiyyət və keyfiyyət göstəricilərinə görə dəyişməyib. Dövlət başçısının və hökumət orqanlarının tapşırıqları nəzərə alınaraq, əməkdaşlığın müəyyən vektorları dəyişib və bu əməkdaşlığın səmərəliliyi kifayət qədər böyükdür.

Beynəlxalq hərbi əməkdaşlıq kontekstində Belarus Respublikasının xarici siyasətini fərqləndirən də budur. Həmişə dialoqa açıq olduğumuz üçün biz istisnasız olaraq hər kəsi hərbi attaşelərin bütün tədbirlərinə dəvət edir və hər şeyi olduğu kimi göstəririk”, – Belarus MN rəsmisi söyləyib.

Bir çox xarici analitiklərin Moskva ilə Minsk arasında hərbi sahədə qarşılıqlı əlaqəni Belarusun “işğalı” kimi şərh etmələri ilə bağlı iradlara cavab olaraq Ryabixin qeyd edib ki, ittifaq dövləti ərazisində fəaliyyət göstərən qoşun qruplaşmaları vahid prinsip əsasında xidmət edir:

“Beynəlxalq təşkilatlar, eləcə də KTMT, ŞƏT çərçivəsində Belarus texnikası müxtəlif ölkələrdə, geniş coğrafiyada fəaliyyət göstərir. O cümlədən minlərlə kilometr aralıda… Amma bu o demək deyil ki, Belarus bu və ya digər ölkəni işğal edib”.

Teqlər: