Belarusdakı rus təyyarəsini Ukrayna partladıb – Sənəd

Belarusdakı rus təyyarəsini Ukrayna partladıb – Sənəd

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) agentləri fevralın sonunda Minsk yaxınlığındakı aerodromda Rusiyanın A-50 təyyarəsinə hücumda iştirak edib.

AzerTimes xəbər verir ki, bu barədə “Ekonomist” nəşri Pentaqonun sızdırılmış gizli sənədlərinə istinadla məlumat yayıb.

“Fevralın 26-sı səhər saatlarında UTX-nin agentləri Rusiya kəşfiyyat təyyarəsinə hücum ediblər”, – sənədlərdə qeyd olunub.

Nəşr yazıb ki, ABŞ kəşfiyyatı vəziyyəti izləyib və UTX-nin əməliyyatı “tam məxfi” qrifi ilə işarələnib.

ABŞ-ın NBC telekanalı da məxfi sənədlərə istinadla bildirib ki, fevralın 28-də Moskva vilayətindəki qaz kompressor stansiyasına hücumun təşkilatçısı Kiyev olub.

Qeyd edək ki, mart ayında Belarus Prezidenti Aleksandr Lukaşenko Maçulişi aerodromunda Rusiya təyyarəsinə qarşı təxribat törədən Ukrayna casusu və onun 20 şərikinin saxlanıldığını açıqlamışdı.

Teqlər: