Belarusda sərnişin təyyarəsi təcili eniş etdi

Belarusda sərnişin təyyarəsi təcili eniş etdi

Belarusun “Belavia” şirkətinə məxsus təyyarə havaya qalxdıqdan qısa müddət sonra geri qayıtmalı olub.

AzerTimes xəbər verir ki, bu barədə Belarus mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, noyabrın 9-da səhər saatlarında Minskdən Birləşmiş Ərəb Əmərliklərinin Şərca şəhərinə uçuş həyata keçirərkən təyyarənin şüşə örtüklərinin birində çatlar yaranmağa başlayıb.

Nəticədə pilotlar geri qayıdaraq, Minsk hava limanına eniş etmək qərarına gəlib.

Məlumata görə, təyyarədə 158 sərnişin olub, onların həyatına hər hansı bir təhlükə yaranmayıb.

Hadisə ilə bağlı Minskdən planlaşdırılan bir sıra uçuşlar təxirə salınıb.

Teqlər: