Belarusda rus hərbi bazalarının yerləşdirilməsi… – Makey

Belarusda rus hərbi bazalarının yerləşdirilməsi… – Makey

Belarusda müdafiə texnologiyalarının inkişaf səviyyəsini nəzərə alsaq, öz ərazilərimizdə Rusiya hərbi bazalarının yerləşdirilməsinə hələ ehtiyac yoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Belarus xarici işlər naziri Vladimir Makey deyib.

“NATO-nun sərhədlərə yaxın hərbi qüvvələrini gücləndirməsinə görə respublikada Rusiya bazalarının yerləşdirilməsi haqda danışıqlar uzun müddətdir ki, davam edir. Ancaq gələcəkdə nə baş verə biləcəyini heç kim bilmir. Ona görə də, tərəfdaşların gözlənilməz addımlarını istisna etmirik. Hazırda əldə edilən yüksək hərbi texnologiyanı nəzərə alsaq, Belarusda əlavə xarici, indiki halda isə Rusiya hərbi bazalarının yerləşdirilməsinin mənası yoxdur”, – o bildirib.

Teqlər: