Belarusun Dövlət Təhlükəsizlik Komitəsi hərbi və müdafiə mövzularında bir neçə il ərzində Polşaya məlumat ötürən ölkə vətəndaşını saxlayıb.
AzerTimes xəbər verir ki, bu barədə Belarusun “ONT” telekanalı məlumat yayıb.
Məlumata görə, DTK Varşavanın belarusları necə ələ aldığını, səfirlik və konsulluqların hansı rol oynadığını müəyyənləşdirib. Əməliyyatın bir neçə ay davam etdiyi bildirilir.
Saxlanılan şəxsin jurnalist və bloger olduğu qeyd edilir.